Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərdən 2 ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Tarix
20 Yanvar 2021 [12:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-20 12:40:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin