“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

11:30 - 20 Yanvar 2021 - Xəbər

“Azərsun Holdinq” kollektivinin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.

Daha sonra şirkətlər qrupunun kollektivi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə gül dəstələri düzüb.

Xəbər xətti