Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi

12:22 - 19 Yanvar 2021 - Xəbər

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən Qarabağ Dirçəliş Fondunun Nnizamnaməsi və strukturu” təsdiq edilir.

Müəyyən edilir ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Fonda tapşırılır ki, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyinə bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Xəbər xətti