Daha bir yığma dünya çempionatından imtina etdi

Misirdə kişi həndbolçular arasında keçirilən dünya çempionatından imtina edən milli komandaların sayı 3-ə çatıb.

"Report" Beynəlxalq Həndbol Federasiyasının (IHF) rəsmi saytına istinadən xəbər verir ki, ABŞ və Çexiyadan sonra Kabo-Verde yığması da turnirdəki iştirakını dayandırıb.

Buna komandanın heyətində koronavirusa kütləvi yoluxma səbəb olub. A qrupunda mübarizə aparan və ilkin mərhələnin birinci oyununda Macarıstana 27:34 hesabı ilə uduzan komanda Almaniyaya qarşı ikinci tur matçında 10 nəfər oyunçu tapa bilmədiyi üçün texniki məğlubiyyət alıb. Yığmanın nümayəndələri artıq IHF-ni turnirdən çıxmaları barədə məlumatlandırıblar.

Qeyd edək ki, dünya çempionatı yanvarın 31-dək davam edəcək.

Tarix
18 Yanvar 2021 [19:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-18 19:36:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin