Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Alar kəndi ərazisində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Avtoqəza nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alan 3 nəfər isə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda xəsarət alanların və ölənin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.///Apa
Tarix
17 Yanvar 2021 [23:21]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin