Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda "Niva" aşıb- <font color=red><b>ölən və xəsarət alanlar var</b></font>

23:21 - 17 Yanvar 2021 tarixində dərc olunub.

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Alar kəndi ərazisində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Avtoqəza nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alan 3 nəfər isə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda xəsarət alanların və ölənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: