Fernando Torres "Atletiko”ya baş məşqçi təyin olundu

İspaniya yığmasının keçmiş hücumçusu Fernando Torres baş məşqçiliyə başlayıb.

2019-cu ildə karyerasını başa vuran 37 yaşlı sabiq forvard “Atletiko”da yeni vəzifəyə təyin olunub.

Futbolçu kimi məhz madridlilərdəki çıxışı ilə məşhurlaşan Torres klubun əvəzedicilərinin baş məşqçisi təyin olunub. Ötən ilin sentyabrında “Atletiko” akademiyasında fəaliyyətə başlayan Torres eyni zamanda “Pro” lisenziyalı məşqçi kursunu da oxuyur. “Atletiko”nun B komandası onun rəhbərliyi altında ilk oyununu bu gün “Poblense”yə qarşı keçirəcək.

Qeyd edək ki, Fernando Torres futbolçu kimi “Atletiko”, “Liverpul”, “Çelsi”, “Milan” və “Saqan Tosu”nun formasını geyinib.///apasport

Tarix
17 Yanvar 2021 [23:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-17 23:11:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin