Bu ölkə sərt karantin müddətini uzadır

18:21 - 17 Yanvar 2021 - DÜNYA

Avstriya hökuməti koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq üçün 26 dekabrda başlayan üçüncü sərt karantin müddətini 24 yanvardan 7 fevrala qədər uzadmağa qərar verdi.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bunu Avstriya kansleri Sebastian Kurtz deyib.
Bildirilir ki, hazırda hər 100 min sakinə 131 yoluxma hadisəsi düşür. Karantinin uzadılmasının səbəbi bu göstəricini 50-yə salmaqdır.

Kansler qeyd edib ki, Avstriya Britaniya və İrlandiyada baş verən xəstəliyin yeni ştammının sürətli yayılması vəziyyətindən qaçınmaq istəyir.
Son məlumata əsasən ölkədə ümumilikdə 393,7 min yoluxma halı qeyd olunub, 7 mindən çox sakin bu virusdan vəfat edib.

Xəbər xətti