“Dəyərli Tayyib...”- Makron öz əli ilə Ərdoğana məktub yazıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən qayıdarkən təyyarədə maraqlı açıqlamalar verib.

“Sabah” qəzetinin verdiyi məlumata görə, XİN rəhbəri bildirib ki, Fransa prezidenti E.Makron əl yazısı ilə Türkiyə prezidenti R.T.Ərdoğana məktub yazıb.

“İki gün öncə Makronun məktubunu aldıq. Məktub “Dəyərli Tayyib” sözlərilə başlayır və çox səmimi bir tərzdə yazılıb. Məktubda Fransa prezidenti iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək niyyətini ifadə edib. Bununla yanaşı, Makron Ərdoğanla görüşmək istədiyini qeyd edib. Prezidentimiz də görüşə razılıq verib. Əlbəttə ki, söhbət hələ ki, videokonfrans formatında görüşdən gedir”, - deyə Çavuşoğlu bildirib.///oxu.az

Tarix
15 Yanvar 2021 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-15 19:27:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin