Daha bir şəhidimiz dəfn olundu - Foto

21:01 - 14 Yanvar 2021 - Xəbər

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Publika.az xəbər verir ki, söhbət 1996-cı il təvəllüdlü MAXE əsgər Həsənov Afiq Namiq oğlundan gedir.

Bu gün 25 yaşlı şəhidimiz Qusarın Böyük Muruq kəndində torpağa taşırılıb.
Qeyd edək ki, Afiq Həsənov Murov istiqamətində gedən döyüşlərdə şəhid olub. 3 ay idi ki, ailəsi ondan xəbər ala bilmirdi.

Allah rəhmət eləsin!


Xəbər xətti