Lionel Messi finalda oynamaya bilər

"Barselona" klubunun futbolçusu Lionel Messi zədə səbəbindən İspaniya Super Kubokunun final matçını buraxa bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman yarımfinalda "Real Sosyedad"ı məğlub etdikləri oyundan sonra bildirib.

O, 34 yaşlı hücumçunun durumu ilə bağlı bir neçə gün gözləməli olduqlarını söyləyib.

Qeyd edək ki, "Barselona" "Real Sosyedad"ı əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilərlə 3:2 hesabı ilə üstələyib. Messi bu qarşılaşmada iştirak etməyib.

Kataloniya komandası finalda "Real Madrid" - "Atletik" cütünün qalibi ilə üz-üzə gələcək. Digər yarımfinal oyunu bu gün, final isə yanvarın 17-də gerçəkləşəcək.

Tarix
14 Yanvar 2021 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-14 12:45:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin