"Atəşkəs pozulmayıb"- Rusiya MN erməni KİV-ni təkzib etdi

23:11 - 13 Yanvar 2021 - Xəbər

"Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeydə almayıblar".

Bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib. Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: "Atəşkəs pozuntuları qeydə alınmayıb".

Bildirək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Xəbər xətti