Bakıda yeni nəqliyyat dəhlizləri yaradıldı - VİDEO

Yusif Səfərov layihəsi çərçivəsində sözügedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri ilə kəsişməsində quraşdırılan işıqfor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda layihə çərçivəsində görülən işlər qeyd olunub. Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb.

Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb. Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.

BNA sürücülərdən xahiş edir ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.

Tarix
13 Yanvar 2021 [21:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 21:53:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin