Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Eyniyev Tərlan Gölişad oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən verilən məlumata görə, T.Eyniyev 1993-cü ildə Yardımlı rayonunun Zövün kəndində doğulub.
O, oktyabrın 5-i Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Tarix
13 Yanvar 2021 [18:02]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin