Şəkidə kişi baldızını bıçaqla qətlə yetirib

Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəki rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
13 Yanvar 2021 [09:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 09:59:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin