Vertolyotla toy keçirilən əraziyə hücum olundu; 100 ölü, onlarla yaralı

15:38 - 6 Yanvar 2021 - HADİSƏ

Malidə vertolyotun toy keçirilən əraziyə hücumu nəticəsində 100 yaxın insan ölüb, onlarla insan isə xəsarət alıb. Ucnoqta.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, insident yanvarın 4-də gecə saatlarında Mopti regionunda baş verib.

Agentliyin məlumatına görə, naməlum vertolyot gecə saatlarında Bounti kəndinə zərbələr endirib və bu zaman həmin ərazidə toy mərasimi keçirilirmiş.

Hadisənin və hücumun təfərrüatları barədə məlumat verilmir.

Yerli hakimiyyət orqanları isə, insidentin istintaqı ilə bağlı şərh verməkdən imtina ediblər.

 

Namiq Musayev

Xəbər xətti