Santa-Klausun meşədə “BMW” ilə ralli ŞOUsu - VİDEO

12:28 - 3 Yanvar 2021 - MARAQLI

Finlandiyada Santa-Klaus meşədə tapdığı yarış maşını ilə ralli təşkil edib. Ucnoqta.az xəbər verir ki, “Santa 400 at gücü qazanır” adlı video “Videos Nettirabbi” kanalında yayımlanıb.

Kadrlarda, Santa-Klaus geyimli şəxs əlində uzun ağacla meşədə gəzərkən qarşısına “BMW M3” markalı yarış maşınının çıxdığı və bundan sonra sükan arxasına keçdiyi görülür.

Santa mühərriki işə salaraq meşənin içərisindəki qarlı yolda drift edir və döngələrdə sərt manevrlər edərək hərəkət edir. O, daha sonra üstünə balta sancılmış bir kötüyün ətrafında manevr edərək dayanır və avtomobildən enərək ocaq qalayır. Ardınca da, yeni il bayramı münasibəti ilə müxtəlif dillərdə təbriklər edir. Həmçinin, bu pandemiya dövründə qoruyucu maskalardan istifadənin vacibliyini də vurğulayır.

Qeyd edək ki, videoda avtomobilin texniki xarakteristikası barədə məlumat verilməyib, ancaq mühərrikin 400 at gücündə olduğu məlumdur.

 

Namiq Musayev

 

 

Xəbər xətti