Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə -Foto

“Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndəsi Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb.

Təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib.

“1993-cü ildə yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərində 27 illik işğal dövründən sonra nə bir qapı, nə bir pəncərə, nə də bircə dam örtüyü belə qalmayıb”.

"Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki qəbiristanlıqda, 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarları da dağıdılıb. 27 illik işğalından sonra ərazini tərk edən ermənilər məzarları dağıdıblar".///trend

Tarix
4 Dekabr 2020 [14:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-12-04 14:37:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin