Hitler Namibiyada keçirilən seçkilərdə qələbə qazanıb

Adolf Hitler adlı siyasətçi Namibiyada keçirilən yerli seçkilərdə böyük qələbə qazanıb. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Adolf Hitler Uunona keçən həftə Ompundja seçki dairəsindən məclis üzvü seçilib. O, Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibəsində adına rəğmən, dünyaya hökmranlıq etmək planının olmadığını söyləyib. İsrarla bildirib ki, nasist ideologiyası ilə heç bir əlaqəsi yoxdur: “Adolf digər alman adları kimi, vaxtilə Almaniyanın müstəmləkəsi olan ölkələrdə nadir deyil”. Qeyd edək ki, namibiyalı siyasətçi hakim “Swapo” partiyasını təmsil edir.
Tarix
4 Dekabr 2020 [09:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-12-04 09:01:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin