Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş imzalandı- Türkiyə MN

11:43 - 1 Dekabr 2020 - Xəbər

Türkiyə-Rusiya Ortaq Monitorunq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq. 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün videokonfrans vasitəsilə anlaşma memorandumu imzalanmışdı:

“Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və daha bir memorandum imzalanıb. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”.

Xəbər xətti