Parisdə etirazlar şiddətlənib- avtomobillər yandırılıb, xəsarət alan polislər var - VİDEO

22:47 - 28 Noyabr 2020 - DÜNYA

Fransanın paytaxtı Parisdə mətbuata və söz azadlığına dəstək şüarları ilə kütləvi etiraz aksiyası keçirilir.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Fransanın ən böyük həmkarlar ittifaqlarının dəstəyi ilə təşkil edilən aksiyada mətbuat işçilərindən əlavə vəkillər, parlament üzvləri, sıravi vətəndaşlar iştirak edib.

Nümayişin başlamasından qısa müddət sonra iğtişaşlar baş verib. Etirazçılar köşkləri, şəxsi avtomobilləri yandırıb, polis əməkdaşlarına daş parçaları atıb
Onlar Fransa parlamentinin birinci oxunuşunda qəbul edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı çıxış edirlər.

Sözügedən qanuna layihəsində hüquq-mühafizə orqanları işçilərinin foto və videosunu çəkmək qadağan edilir.
Qanunu pozan şəxs üçün bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur.///Oxu.az

Xəbər xətti