Avrora Qızıl Aypara ilə hərbi xidmətdə olan əsgərlərimizin ailələrinə yardım edib - Foto

11:04 - 27 Noyabr 2020 - Cəmiyyət

Azərbaycanın şanlı ordusu Qarabağda tarix yazaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müzəffər ordumuz Azərbaycan xalqına qələbə sevincini yaşatdı. Avrora Qrup Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hal-hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb, aztəminatlı ailələrə ərzaq yardımı edib.

Yardım aksiyası çərçivəsində Bakının Binəqədi, Biləcəri, Rəsulzadə qəsəbələrində yaşayan aztəminatlı əsgər ailələrinə ərzaq bağlamaları çatdırılmışdır.

Şirkət eyni zamanda hərbi xidmətə yollanan, vətənimiz üçün qəhrəmanlıq göstərən əməkdaşlarının ailələri ilə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır. Maddi və mənəvi dəstək göstərir.

Avrora Qrup ölkəmizdə aparıcı distribüter və istehsalçı şirkətdir. Avrora şirkətinin istehsalı olan Doymak, Lafarella, Tanelli, Kreki, Sladyaona, Sladok, Naş maloçnik, Bizon və digər brendlər, eyni zamanda distribüteri olduğu məhsullar barədə ətraflı məlumat almaq, şikayət və təkliflərinizi bildirmək üçün *0100 qaynar xəttinə zəng etməyiniz xahiş olunur.

 


Xəbər xətti