"Barselona" prezidentliyinə namizəd: "Stadiona Messinin adı veriləcək"

10:51 - 27 Noyabr 2020 - İDMAN

İspaniyanın "Barselona" klubunun prezidentliyinə namizəd Emili Russo maraqlı təklif irəli sürüb.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, Russo seçiləcəyi təqdirdə, argentinalı ulduz futbolçu Lionel Messinin şərəfinə "Nou Kamp" stadionunun adını dəyişdirməyi planlaşdırdığını söyləyib.

O deyib ki, prezident olsa arenanı "Nou Kamp Leo Messi" adlandırmaq üçün referendum keçirəcəklər.

Qeyd edək ki, Lionel Messi "Barselona"nın yetirməsidir və 2004-cü ildən əsas komandada çıxış edir. Hücumçu yayda Kataloniya klubunu tərk etmək istədiyini bildirib. Lakin rəhbərlik onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Xəbər xətti