ŞOK qəza; sürücü çevrilən maşından uçaraq evin damına düşdü - VİDEO

Türkiyənin Konya əyalətində hamını şoka salan qəza baş verib. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Akıncılar məhəlləsində qeydə alınıb.

Məlumata görə, Mustafa Ö., idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən sükan idarəetməsini itirib. Nəzarətdən çıxan nəqliyyat vasitəsi bir neçə dəfə çevrilib və bu anda sürücü  maşından çıxaraq bir evin damına düşüb. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə xilasetmə qüvvələrinin və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Xəsarət alan Mustafa Ö. evin damından düşürülərək xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Tarix
26 Noyabr 2020 [19:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-26 19:33:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin