Milli Məclis Fransa Senatının qərarı ilə bağlı bəyanat verəcək

11:28 - 26 Noyabr 2020 - Xəbər

Milli Məclis Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanat verəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyı və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.

Spiker bildirib ki, Milli Məclis bununla bağlı bəyanat qəbul edəcək.

Xəbər xətti