13-cü mərtəbədən yıxılan uşağı aşağı mərtəbədəki qonşu havada tutdu - VİDEO

Evdə tək qalan iki yaşlı uşaq 13-cü mərtəbədən yıxılsa da, qonşusunun sayəsində zərər çəkmir.

“Global Times”ın məlumatına görə, hadisə Çində baş verib.

Məlumata görə, uşaq yatdığı müddətdə ata çölə çıxmaq qərarına gəlib. Ancaq tezliklə bu addımından peşman olub. Yuxudan duran uşaq eyvana çıxıb və oradan yıxılıb.

Aşağı mərtəbədə yaşayan kişi isə uşağı görüb və ildırım sürəti ilə reaksiya verərək onu tutub, hər ehtimala qarşı kəməri ilə məhəccərə bağlayıb. Arvadı isə dərhal xilasedicilərə zəng vurub.

Xilasedicilər məhəccəri kəsərək uşağı içəri salıblar.

Kişinin cəld reaksiyasına gəldikdə isə, məlum olub ki, o, vaxtilə yanğınsöndürmə xidmətində işləyib.///oxu.az

 

Tarix
26 Noyabr 2020 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-26 10:28:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin