Dieqo Maradonanın uşaqları miras davasına başlayıb

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən dərhal sonra övladları arasında miras davası başlayıb.

Apasport.az saytının məlumatına görə, 60 yaşında ürəktutmasından vəfat edən Maradonanın 5 rəsmi, 6 qeyri-rəsmi uşağı var.

Dieqonun vəkili Matias Morla hələ bir müddət əvvəl açıqlamasında bildirib ki, test nəticəsində onun neçə varisinin olduğu müəyyənləşəcək. Lakin indidən 11 nəfərin miras üçün müraciət etdiyi açıqlayıb.

Qeyd edək ki, son olaraq ötən il Kubada 3 uşaq və Argentinada televiziya proqramına qatılan Santyaqo Lara atasının Maradona olduğunu iddia edib.

Tarix
26 Noyabr 2020 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-26 10:10:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin