Kəlbəcər həqiqi sahiblərinə qayıtdı və bu, qardaş Azərbaycan xalqının tarixində vacib hadisədir.
Bunu Trend-ə Türkiyə hökumətindən deyiblər.
Qeyd olunub ki, işğal olunmuş digər ərazilər kimi Kəlbəcərin də qayıtması Türkiyə üçün də bayramdır:
“Azərbaycan xalqını Kəlbəcər rayonunun qayıtması münasibəti ilə təbrik edirik və Laçın rayonunun qayıtmasını səbrsizliklə gözləyirik”.
Qeyd edək ki, bu gün Kəlbəcər rayonu erməni işğalından azad olunub.
Tarix
25 Noyabr 2020 [10:35]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin