Bakıda Uşaq Musiqi Məktəbinin direktoru yarım milyon manatlıq mənimsəmədə ittiham olunur

Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, M. Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb.
Dəymiş zərər yarım milyon manatdan çoxdur.
M. Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Onun barəsində başlanan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Tarix
25 Noyabr 2020 [09:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-25 09:41:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin