Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

ABŞ prezidenti Donald Tramp birjadakı müvəffəqiyyətə görə hər kəsi təbrik edib. Bununla belə, o, sualları cavablandırmayıb. APA “TASS”-a istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdəki çıxışında deyib. “Ölkəmizin xalqını təbrik etmək istəyirəm... DJIAindeksi 30 minlik xal qazanıb, bu, tarixin ən yüksək səviyyəsidir”, - deyə Tramp bildirib. O bu göstəricini “müqəddəs rəqəm” adlandırıb. Tramp, həmçinin koronavirusa qarşı peyvəndin hazırlanması işlərindən çox məmnun qaldığını əlavə edib. D.Tramp bir dəqiqədən az danışıb və jurnalistlərin seçki ilə bağlı suallarını cavablandırmadan Ağ Evdəki brifinq otağını tərk edib.
Tarix
25 Noyabr 2020 [08:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-25 08:51:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin