Türkiyədə son sutkada 6713 nəfər koronavirusa yoluxub

21:33 - 23 Noyabr 2020 - DÜNYA

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı son bir günün statistikasını açıqlayarkən bildirib.

Nazir yeni növ koronavirus əleyhinə Türkiyədə kütləvi peyvənd tətbiq olunana qədər əhalidən COVID-19-a qarşı birgə mübarizə aparmaq üçün dəstək istəyib: “Mübarizə tədbirlərinə düzgün əməl edin, məcburiyyət olmadıqca, əhalinin sıx toplaşdığı məkanlara getməyin”.

Nazir deyib ki, son 24 saatda ağır xəstə sayı 4409 nəfər olub.   
Türkiyədə indiyədək 453 535 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 511 nəfəri ölüb.

Qeyd edək ki, Türkiyədə bu günə olan ölüm sayı son 8 ayda qeydə alınan ən yüksək rəqəmdir. ///Apa

Xəbər xətti