Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verib

15:54 - 23 Noyabr 2020 - Xəbər

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili istefa verib.


O, bu barədə “Facebook” səhifəsində yazıb.

O, 13 illik fəaliyyətdən sonra dövlət sektorundan ayrıldığını bildirib.

Qeyd edək ki, N.Mezvrişvili 2019-cu ilin sentyabrında hökumət administrasiyasının rəhbəri təyin olunub. Həmin vaxtadək o, daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Xəbər xətti