ABŞ-da kilsəyə hücum: ölənlər var

11:42 - 23 Noyabr 2020 - DÜNYA

ABŞ-da kilsəyə hücum olub, ölənlər var.

APA-nın "ABC7"yə istinadən verdiyi xəbərə görə, Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə hücum olub.

Kilsədəkilərə bıçaqla hücum edilib, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır, eyni zamanda hadisə baş verən zaman kilsədə ibadət olmayıb.

Hadisənin qurbanları soyuqdan qorunmaq üçün kilsəyə sığınmış evsiz şəxslər olub.
Hadisəni törədənlərin kimliyi və insidentin motivi hələlik bəlli deyil.

Xəbər xətti