Şəmkir sakini tanışı tərəfindən bıçaqlanıb

23:04 - 22 Noyabr 2020 - HADİSƏ

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. 1952-ci il təvəllüdlü Məhəmməd Qasımov qol və bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaşlı kişinin yaraları tikilib vəziyyətinin  kafi olduğu bildirilir.

Məlumata görə, M.Qasımov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti