"WhatsApp"da bu YENİLİK işə düşdü - FOTO

18:12 - 21 Noyabr 2020 - DİGƏR

Xəbər verdiyimiz kimi, noyabrın əvvəllərində "Facebook" şirkəti "WhatsApp" messencerində müəyyən bir müddətdən sonra yazışmaların avtomatik silinməsinə imkan verəcək yeni funksiyanın işə salınacağını elan etmişdi.

Azmedia.Az ixbt.com-a istinadən xəbər verir ki, artıq bütün "WhatsApp" istifadəçiləri bu funksiyadan yararlana bilərlər. Təəssüf ki, istifadəçilər mesajın silinmə vaxtını özləri təyin edə bilməyəcəklər. "İtən mesajlar" adlanacaq bu funksiya aktivləşdirildiyi zaman göndərilən mesajlar 7 gündən sonra silinəcək.

Funksiyanı istənilən zaman "söndürmək" mümkündür, lakin qrup söhbətlərində bunu yalnız administrator edə bilər.
"İtən mesajlar" rejimi Android, iOS, KaiOS, "desktop" tətbiqləri və veb-versiya istifadəçiləri üçün əlçatandır.


Xəbər xətti