Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub- RƏSMİ
08:01 - 20 Noyabr 2020 - Xəbər
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olmuşdur.
Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.
Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaqdır.