Beton pilitə "Nissan"ın üzərinə düşdü;  sürücü ölümdən son anda xilas oldu - VİDEO

13:29 - 19 Noyabr 2020 - HADİSƏ

Rusiyanın Primorye bölgəsində qeyri-hava şəraiti səbəbindən hündür mərtəbəli binanın damında olan beton pilitə park edilmiş avtomobilin üzərinə düşüb. Ucnoqta.az xəbər verir ki, hadisənin görüntüləri Vladivostok şəhərində qeydə alınıb. Kadrlarda, 9 mərtəbəli binanın qarşısında ağ rəngli "Nissan X-Trail"-in dayandığı və sahibinin maşının üzərində qalan qarı təmizlədiyi görülür. Bir müddət sonra isə binanın damından düşən beton pilitə avtomobilin üzərinə düşür. Yerli KİV-in məlumatın görə, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Ancaq avtomobilə göründüyü kimi ciddi ziyan dəyib.

 

Namiq Musayev

 


Xəbər xətti