Azərbaycanlı model fələstinli sevgilisi tərəfindən ölümcül döyüldü - Foto

11:14 - 18 Noyabr 2020 - MAQAZİN

Azərbaycanlı model Türkiyədə fələstinli sevgilisi tərəfindən döyülüb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, İstanbulda təhsil almağa gələn 33 yaşlı azərbaycanlı model V.N burada tanış olduğu 41 yaşlı fələstinli iş adamı Məhəmməd.K tərəfindən ölümcül döyülüb. Məlumata görə, hadisəyə səbəb modelin Məhəmməd.K-dan uşaq dünyaya gətirməsi olub. İş adamı bu uşağı qəbul etməyib. Evdə qurulan təhlükəsizlik kameralarında isə fələstinli iş adamının modelə ard-arda necə yumruqlar atdığı görüntülənib.

Türkiyə mediasında yer alan xəbərə əsasən, Məhəmməd.K-nın subay olduğunu zənn edib sevgili olan model V.N, daha sonra onun Dubayda 4 uşağı olduğunu öyrənib.


Xəbər xətti