Sərnişin təyyarəsi eniş zamanı ayı ilə toqquşdu - FOTO

18:40 - 16 Noyabr 2020 - HADİSƏ

Alyaskada "Boeing-757" tipli sərnişin təyyarəsi eniş zamanı ayı ilə toqquşub. Ucnoqta.az xəbər verir ki, hadisə Yakuta şəhərində qeydə alınıb.

Məlumata görə, boz ayı aeroportun uçuş-eniş zolağına qaçaraq eniş edən sərnişin laynerinin sol mühərrikinə çırpılıb.

Nəticədə heyvan tələf olub. Bildirilir ki, qəza zamanı ana ayı ilə birlikdə 2 yaşlı balası da olub və o xəsarət almayıb.

Namiq Musayev


Xəbər xətti