Ucnoqta.az
www.ucnoqta.az

<b>Sərnişin təyyarəsi eniş zamanı ayı ilə toqquşdu<font color=red> - FOTO </font></b>

18:40 - 16 Noyabr 2020 tarixində dərc olunub.
Alyaskada "Boeing-757" tipli sərnişin təyyarəsi eniş zamanı ayı ilə toqquşub. Ucnoqta.az xəbər verir ki, hadisə Yakuta şəhərində qeydə alınıb.

Məlumata görə, boz ayı aeroportun uçuş-eniş zolağına qaçaraq eniş edən sərnişin laynerinin sol mühərrikinə çırpılıb.

Nəticədə heyvan tələf olub.

Bildirilir ki, qəza zamanı ana ayı ilə birlikdə 2 yaşlı balası da olub və o xəsarət almayıb.

Namiq Musayev

Müəllif: