Polis əlində bıçaq olan şəxsi güllələdi

08:06 - 30 Oktyabr 2020 - HADİSƏ

Kanadanın Kvebek əyalətində polis əlində bıçaq olan şəxsi güllələyib. Ucnoqta.az xəbər verir ki, hadisə Monreal şəhərinin Notr-Dam-de-Qras rayonunda qeydə alınıb. Bu barədə yerli CTV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, oktyabrın 29-da səhər saatlarında qanun müdafiəçiləri əlində bıçaq olan şəxsin polis avtomobilinə tərəf irəlilədiyini fərq ediblər.

Bildirilir ki, kişi özünü qeyri-adekvat aparıb və orda olan asayiş keşikçisi onu güllələyib, əlində bıçaq olan şəxsi aldığı güllə yaralarından hadisə yerində ölüb.

Hazırda əyalət polisi insidentlə əlaqədar araşdırma aparır.

 

Namiq Musayev

Xəbər xətti