Dünyada COVİD-19-a yoluxanların sayı 45 milyonu ötdü

07:38 - 30 Oktyabr 2020 - DÜNYA

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 45 milyonu ötüb. Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 29-u axşama olan statistikanı “Worldometer” saytı yayıb.

Məlumata görə, pandemiyaya yoluxanların sayı 45 064 700-ə çatıb. 

COVİD-19-dan ölənlərin sayı 1 183 078, sağalanların isə 32 856 483 nəfər olub.

Qeyd edək ki, infeksiyaya yoluxanların və ondan ölənlərin sayı ən çox ABŞ-da qeydə alınıb.

Belə ki, ştatda yoluxanların sayı 9 148 462, vəfat edənlərin sayı 233 565 nəfərdir.

Həmçinin təhlükəli infeksiyaya ən çox yoluxanların siyahısına Hindistan (8 71 189), Braziliya (5 474 840), Rusiya (1 581 693), Fransa (1 235 132), İspaniya (1 194 681), Argentina (1 130 533), Kolumbiya (1 41 935), Birləşmiş Krallıq (965 340) və Meksika (906 863) və Peru (894 928) daxildir.

 

Namiq Musayev

Xəbər xətti