30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi

Azərbaycan 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

Bu barədə hazırda Bərdə-Tərtər zonasında olan Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Ermənistan bu məsələdə xoş niyyət göstərmirdi. Biz bu xüsusda Rusiya Müdafiə Nazirliyinin, şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk:

"Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin və vətəndaşlarının qəbul edilməsinə razılıq verib. İndilərdə bu əməliyyat başa çatdı".///qafqazinfo

Tarix
29 Oktyabr 2020 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-29 14:06:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin