Yanğın yerinə su daşıyan tanker 13 avtomobili bu vəziyyətə saldı - VİDEO

12:21 - 28 Oktyabr 2020 - HADİSƏ

Türkiyənin Hatay vilayətində yanğın baş verən əraziyə su daşıyan tanker 13 nəqliyyat vasitəsinə zərər vurub. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə İskenderun rayonunda qeydə alınıb.

Məlumata görə, yanğın bölgəsinə su daşıyan tanker Dənizçilər məhəlləsində hərəkətdə olarkən qəfildən əyləcində nasazlıq yaranıb. Sürücünü idarəetməsindən çıxan su tankeri, yol kənarında park edilmiş 13 nəqliyyat vasitəsinə dəyərək onlara ciddi ziyan vurub.

Qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

Xəbər xətti