Cəlilabadda yanğın olub - FOTO

22:01 - 27 Oktyabr 2020 - Xəbər

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.


Hadisə Uzuntəpə kəndində, yerli sakin İbiş Muradova məxsus təsərrüfatda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb edilib və yanğın söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti