Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

16:31 - 26 Oktyabr 2020 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

 

Xəbər xətti