Rüstəm Orucov qızıl medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

 Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, cüdoçumuz Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

Qeyd edək ki, bu gün Budapeştdə Telman Vəliyev, Hidayət Heydərov və Murad Fətiyev də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə məğlub olublar.

Xatırladaq ki, turnirin ilk günü Orxan Səfərov millimizə bürünc medal qazandırıb. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.

 

Tarix
24 Oktyabr 2020 [20:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-24 20:26:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin