Dünyada COVID-19-a yoluxanların sayı 42 milyonu keçdi

07:50 - 24 Oktyabr 2020 - DÜNYA

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 42 milyonu ötüb. Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Jhon Hopkins universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada infeksiyaya yoluxanların sayı 42 039 763 nəfərə çatıb.

Pandemiya başlayandan bu günə kimi COVID-19-dan 28 milyon pasiyent sağalıb, 1 141 223 nəfər isə vəfat edib.

Qeyd edək ki, dünyada ən çox yoluxma sayı qeydə alınan ölkələr ABŞ (8,7 milyon), Hindistan (7,8 milyon) və Braziliyadır (5,3 milyon).

 

Namiq Musayev

Xəbər xətti