Hövsanda su kəsiləcək

14:48 - 23 Oktyabr 2020 - Xəbər

Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.


Bu barədə  “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, məhdudiyyət magistral su xəttində baş vermiş qəza ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Xəbər xətti