Makron Ermənistan prezidenti ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

14:06 - 23 Oktyabr 2020 - Xəbər

Ermənistan Prezidenti Armen Sarkisyan və fransalı həmkarı Emmanuel Makron cümə günü Yelisey Sarayında keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

TASS-ın məlumatına görə, bu barədə Ermənistan prezident aparatının mətbuat xidməti məlumat verib.
Bildirilir ki, danışıqlar zamanı Sarkisyan və Makron əldə olunmuş atəşkəs razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

“Onlar münaqişənin həllində ATƏT-in Minsk Qrupunun rolunu qeyd ediblər və ən qısa müddətdə Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağın vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.///oxu.az

Xəbər xətti